SON XƏBƏRLƏR

Astara şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü sinifin 17 məzununun hamısı ali məktəbə daxil olublar. Bu haqda məlumatı 7 sentyabr Azərtac verir.

17 şagirddən iki nəfəri 600-dən, iki nəfəri 500-dən, dörd nəfəri 400-dən, qalan beş nəfəri isə 300-dən yuxarı nəticə göstərib.

Qeyd edək ki, təmayül sinifləri bu məktəbdə 2018/2019-cu tədris ilində yaradılıb.