Astarada basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının oyunları təşkil olunacaq. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
20 may tarixində start götürəcək turnir iki gün davam edəcək.
Yarışda Azərbaycan yığması ilə yanaşı, Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya milliləri də mübarizə aparacaq. Bundan əlavə, Çinin “Yuanda” və yerli “Neftçi” klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaq.
Qeyd edək ki, FİBA tərəfindən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı, klubların da iştirak etməsinə icazə verilir.