FHN-in əməkdaşları dənizdə batan sakini xilas ediblər. Bu haqda bu gün, 25 iyul tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə “Astara” sularında baş verib. Xilasetmə məntəqəsindən xeyli uzaqda çimən şəxs batıb. FHN-in əməkdaşları qeyri-çimərlik ərazidə batan şəxsi xilas ediblər.