SON XƏBƏRLƏR

Astarada toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb. Bu haqda məlumatı Report verib.

Belə ki, avtoxuliqanlıq edən şəxs Astara şəhər sakini Mahir Nurəlizadə olduğu müəyyən edilib. O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21065” markalı avtomobillə şəhər ərazisində təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunub və Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə M.Nurəlizadə 500 manat məbləğində cərimə olunub.