Lokal xarakterli antiterror əməliyyatı zamanı yaralanmış Astara rayonunun Çayoba kənd sakini Rəhmətzadə Amin İsmayıl oğlu ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
Görüş zamanı Astara rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, rayon İcra Hakimiyyəti başçısının Pensər kənd İƏD üzrə nümayəndəsi Zeynulla Şükürov və digərləri qazimizin səhhəti və ehtiyacları ilə yaxından maraqlanıblar.