Astarada akademik Zərifə Əliyevanın ömür yolundan danışılan tədbir keçirilib. Bu haqda məlumat bu gün, 14 aprel tarixində Astara Heydər Əliyev Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Tədbir aprelin 15-i akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar təşkil olunub. Astara rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Ceyhun Babayev adına 3 saylı tam orta məktəbin və A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Şagirdlər Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar Zərifə Əliyevanın tibb sahəsində verdiyi tövhələri haqqında məlumatlar alıblar.