SON XƏBƏRLƏR

Astarada Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda bu gün, 3 noyabr tarixində Azertac-da paylaşılıb.

Tədbir Astara Rayon Dövlət Rəsm Qalereyasında baş tutub. Qalereyanın direktoru Naibə Mustafayeva aşığın Azərbaycan ədəbiyyatına töhfələri, həmçinin Türk dünyasının aşıq sənətinə təsiri haqqında danışıb.

Tədbir zamanı Aşıq Elxan Şindanlının ifasında bir çox mahnılar səsləndirilib. Daha sonda iştirakçılara rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da Aşıq Ələsgərin 200 illik yubileyi təntənə ilə qeyd edilir.

Aşiq Elxan Şindanlı rəsmi Facebook səhifəsi
Aşiq Elxan Şindanlı rəsmi Facebook səhifəsi