BİL – “Birlik” İntellekt Liqasının 3-cü həftə oyunları sona çatıb. Bu haqda məlumat bu gün, 8 noyabr tarixində Astara Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər Günü”nə həsr edilmiş yarışma “Nə? Harada? Nə zaman?” formatında reallaşıb.
Liqanın 3-cü turu tariximizin şanlı qələbəsi olan “Zəfər Günü”nə həsr edilib və suallar Azərbaycan tarixi, mədəniyyəti, milli adət-ənənələri və coğrafiyası mövzularında suallar verilib.
“Xəmsə” və “Skeptiklər” komandalarının mübarizə apardığı yarışmada, komandalar final mərhələsi üçün ballar toplayıblar.