SON XƏBƏRLƏR

Astara rayonunun Siyəku kənd sakini intihar edib. Bu haqda məlumatı bu gün, 10 dekabr tarixində Report verib.

52 yaşlı 5 uşaq atası İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq, intihar edib. Hadisə zamanı o, evdə tək olub.

Meyit müayinə üçün Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.