Astarada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirlərində 24 nəfər saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində verir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son bir ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 24 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. 6 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı Astara ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.