SON XƏBƏRLƏR

 

Astarada 2 toy mərasimində karantin rejiminin qaydaları pozulub. Bu haqda DİN-in mətbuat xidməti bildirib.

Polis əməkdaşlarının keçirdiyi reyd zamanı “Qismət” və “Şəhram” şadlıq saraylarında karantin qaydalarına riayyət olunmadığı, qonaqların məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və iştirak edənlərin sayı həddindən çox olması halları müəyyən olunub.

Şadlıq sarayları ilə bağlı cinayət işləri başlanılıb.

Qeyd olunmuş şadlıq saraylarında daha öncədə karantin rejimi qaydalarının pozuntuları müşahidə olunmuşdur.