SON XƏBƏRLƏR

“Astaraçay” MMC-yə əmək qanunvericiliyini pozduğuna görə protokol tərtib olunub. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FED.az-a istinadən xəbər verir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

İşə Astara rayon Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə baxılır.