Astara rayonu, Züngüləş kənd sakini, əvvəllər məhkum olunmuş V.Əhədovdan 6 qramdan artıq marixuana və 14 qramdan çox tiryək götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının davam etdirilən tədbirlərlə onun Alaşa kəndi ərazisindəki qəbiristanlıqda gizlətdiyi 945 qram tiryək və 3 kiloqram 10 qram marixuana da götürülüb.