SON XƏBƏRLƏR

Astara şəhəri, Heydər Əliyev prospektində yanğın nəticəsində qadın həlak olub. Bu haqda avqustun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında məlumat verilib.

Yaşayış üçün nəzərdə tutulmayan, ümumi sahəsi 6 kv.m olan birmərtəbəli inzibati binanın təxminən 1 kv.m sahəsindəki plastik qablar yanıb. Hadisə yerinə gələn FHN əməkdaşları, binada müvəqqəti məskunlaşmış 85 yaşlı Sudiyə Ələsgər qızı Əsgərovanın meyitini aşkar ediblər.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə Astaranın Kijəbə qəsəbəsinda 11 iyul tarixində baş verib. Ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli ev yanıb.