Astara şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan tikinti faktı aşkarlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində FHN-nin rəsmi saytında paylaşılıb.
Məlumatda bildirilir ki, şəhərin Nizami küçəsində Əlizadə Samirə məxsus olan çoxmərtəbəli yaşayış binasının tikinti üçün sənədləri olmayıb.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən əməliyat nəticəsində tikinti işləri dayandırılıb.