SON XƏBƏRLƏR

Astara rayonu Miki kəndindəki çay üzərində körpü qurulub. Bu haqda məlumatı Oxu.az verib.

Körpü Azərbaycan Ordusunun mühəndis – istehkamçıları tərəfindən quraşdırılıb və uzunluğu 10,5 metrdir. Körpünün qurulması ilə Miki kəndinin sakinlərinin, həmçinin məktəblilərin dərsə rahat gedib-gəlməyi təmin olunub.

Qeyd edək ki, bir müddət əvvəl övladını məktəbə aparıb-gətirmək üçün çiynində daşıyan ata – Fuad Salayev haqda Cenublu.az yazmışdır.