SON XƏBƏRLƏR

Astara rayonunun Vaqo kəndində fəaliyyət göstərən asfalt zavodu sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 sentyabr tarixində Real TV-yə istinadən verir.

Sakinlərin sözlərinə görə, sənaye müəssisəsindən ixrac olunan zəhərli qaz onları və övladlarını zəhərləyir. Tüstü və pis qoxu səbəbindən evlərində otura bilmirlər. Ağaclar, əkdikləri məhsullar havanın çirkli olması səbəbindən yanır. Həmçinin müəssisə işləyən zaman onun səs-küyündən evlərində rahatlıq tapa bilmirlər.

Məsələ ilə bağlı Astara RİH-nin Sosial İqtisadi İnkişafın Təhlili və  Proqnozlaşdırma şöbəsinin müdiri, icra başçısının muavini İlqar Malıyev bildirib ki, zavod 1991-ci ildən fəaliyyət göstərir. Lakin sakinlər zavodun orada olduğunu bilə-bilə evlər tikib məskunlaşırlar.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edib ki, Agentliyin tabeliyində olan bütün asfalt zavodları müasir şəkildə yenidən qurulub və bacalarına xüsusi filtrlər quraşdırılıb. “Əgər sakinləri narahat edən hər hansı bir məqam varsa, onlar Agentliyə müraciət edərək rəsmi cavab ala bilərlər”, – o əlavə edib.

Zavodun havaya normadan artıq zəhərli qaz buraxması iddiaları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələni nəzarətə götürdüklərini bildirib. “Həmin zavodda monitorinq aparılacaq və ətraflı məlumat veriləcək”, – deyə o bildirib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər