SON XƏBƏRLƏR

Astaralı müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 oktyabr tarixində verir.

Belə ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Astara rayon M.Abiyev adına Vaqo kənd tam orta məktəbinin kimya-biologiya müəllimi Rauf Vidadi oğlu Fəttayevə “Əməkdar müəllim” fəxri adı verilib.

Qeyd edək ki, Rauf Fəttayev 30 ildən çoxdur ki, müəllimlik fəaliyyəti göstərir.