SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Astara və Masallıda fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərini cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində qurumun rəsmi saytına istinadən verir.

Astara şəhəri, Gənclər küçəsində Qasımov Mübariz Təyyub oğluna məxsus yeməkxana, Astara rayonu, Ərçivan qəsəbəsində Möhsümov Ələsgər Eynulla oğluna məxsus mağaza və Masallı rayonu, Musaküçə kəndində Babayev Vaqif Canəli oğluna məxsus “Musaküçə” marketdə sanitar norma və qaydaların pozulması faktları aşkar olunub.

Hər üç obyektin sahiblərinə inzibati protokol tərtib olunub.