stara və Biləsuvar arıçıları arasında yaşanan qalmaqal səngimək bilmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində Report.az-a istinadən verir.
Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Astara arıçılarına xəbərdarlıq edib. RİH-nin rəsmisi Astara arılarının qanunsuz olaraq rayon ərazilərində yerləşdirilməsinə münasibət bildirərəkən arıçılara bir daha Nazirlər Kabinetinin 16 nömrəli qərarını xatırladaraq xəbərdarlıq edib.
Nazirlər Kabinetinin 16 nömrəli qərarı ilə arıların kənar rayonlara aparılması istiqamətləri müəyyən edilib: “Astaradan arıların Biləsuvara gətirilməsi yolverilməzdir. Çünki iqlim şəraiti eyni deyil. Məhz arıların Biləsuvara gətirilməsi buradakı arı ailələrinə pis təsir göstərib. Belə ki, burada arılar xəstələnib və tələf olub. Rayon icra hakimiyyəti olaraq biz bunun qarşısını almaq üçün müvafiq reydlər aparmışıq və onların sahibləri ilə maarifləndirmə işləri görmüşük. Həmçinin gələcəkdə belə neqativ halların baş verməməsi üçün müvafiq dövlət qurumlarına müraciət olunub”.