SON XƏBƏRLƏR

“Astara” sərhəd nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara – AR Astara” yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərindən 796 qutu “Manchester” və 50 qutu “Marlboro” markalı siqaret aşkar ediblər.

Bu haqda məlumatı bu gün, 28 fevral tarixində Apa verib.

Belə ki, 27 fevral saat 23:30 radələrində lokomotivin sürücüsü Astara rayon sakini 33 yaşlı Elvin Rafiq oğlu Quliyev və köməkçisi Masallı rayon sakini 44 yaşlı Bəxtiyar Qulaməli oğlu Kazımov tərəfindən gizlədilmiş siqaret aşkarlanaraq Astara dəmiryolu gömrük postuna təhvil verilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.