SON XƏBƏRLƏR

Astara rayon sakini V. Heydərov və Masallı rayon sakini C. Nəzərov Bakıda avtoyuma məntəqəsində avtomobildən oğurluq ediblər. Bu haqda məlumatı bu gün, 20 yanvar tarixində Report verib.

Belə ki, Yasamal rayonu A.Şərifzadə küçəsindəki avtoyuma məntəqələrinin birində “KIA” markalı avtomobildən 1200 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Heydərov və C.Nəzərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.