SON XƏBƏRLƏR

Astara rayonunun Unuz kəndində məktəbin olmaması 11 yaşlı Amid Eyvazovun məktəb arzularını ürəyində qoymuşdu. Qonşu Züngüləş kəndinə üz tutan Amidin valideynləri isə “artıq yaşı keçib” cavabını almışdılar. Eyvazovlar ailəsində 6 uşaq var. Ən balacasının 7, böyüyün isə 21 yaşı var. Eyni problem səbəbindən uşaqların heç biri təhsil ala bilməyib.

Problem ictimailəşəndən sonra Lənkəran-Astara Təhsil İdarəsi məsələni nəzarətə götürmüşdü və tədris ilinin əvvəlində Amidi məktəbə qeydiyyata salacaqlarını bildirmişdilər.

Artıq məktəb başlayıb və balaca Amidin məktəb arzusu 11 yaşında reallaşıb. Züngüləş məktəbinə o, 7 yaşlı qardaşı ilə birgə gedir. Hər ikisi 1-ci sinfə qədəm qoyublar.

“Elmsiz adam qanadsız quş kimidir” deyiminin artıq balaca yaşından fərqinə varan Amid Eyvazov böyüyəndə həkim olmaq arzusundadır.

Biz də Cenublu.az komandası olaraq Amidə uğurlar və Vətənimiz üçün xeyirli övlad olmasını arzulayırıq!

Mənbə: Azad Azərbaycan TV

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)