SON XƏBƏRLƏR

 

Astarada şadlıq sarayında qohumlar arasında dava düşüb. Bu haqda məlumatı bu gün, 28 mart tarixində Cenublu.az Report-a istinadən xəbər verir.

Toy mərasimində baş vermiş hadisə nəticəsində 28 yaşlı Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Ona zərbəni doğma bibisi oğlu yetirib.

İnsidentdə iştirak edənlərin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.

Nəhmətulla Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.