SON XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Astara Terminal” MMC-nin direktoru Rahim Mustafayev vəzifəsindən azad edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, şirkətə rəhbərlik Zaur Ramazanova həvalə olunub.

Qeyd edək ki, “Astara Terminal” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət Azərbaycanın İranın Astara şəhərində inşa etdiyi terminalın idarə edilməsi ilə məşğuldur.

2021-ci ildə Astara terminalında 350.686 ton və yaxud 8.112 vaqon yük aşırılıb. Bunun 38%-i taxta və taxta məmulatları, 22%-i meyvə-tərəvəz, 19%-i konteyner, 9%-i tikinti materialları (klinker, sement və kafel), 6%-i dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 7%-i isə digər yüklər olub. Yüklərin 74%-i Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon