SON XƏBƏRLƏR

Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacları kəsən şəxslə bağlı protokol tərtib olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində Report.az-a istinadən verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib: “Əraziyə keçirilən baxış zamanı ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.