SON XƏBƏRLƏR

Astara rayonunda ikimərtəbəli ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün,19 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Hadisə rayonun Təngərüd kəndində qeydə alınıb. Ümumi sahəsi 208 m² (hər mərtəbəsi 104 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 5 m² sahədə, 1 ədəd kondisioner və 1 ədəd xalça qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.