SON XƏBƏRLƏR

Astara rayonunun Təngərüd kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Mahir Xaliq oğlu Əhmədovun və 44 günlük Vətən müharibəsinin şəhidi Nurlan Əhliman oğlu Fərəməzovun adlarına “Şəhidlər bulağı” abidə kompleksi açılıb. Bu haqda məlumatı bu gün, 10 yanvar tarixində Azertac verib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, şəhidlərin ailə üzvləri, kənd ziyalıları iştirak ediblər.

Çıxış edənlər Birinci Qarabağ və Vətən müharibələrində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Mərasimdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Mərasim iştirakçıları Təngərüd kəndindəki “Baba Cəbrayıl” ziyarətgahında hər iki şəhidin məzarı önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad edib, onların ruhuna dualar oxuyublar.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər