27 oktyabr Astara Pedaqoji Kollecində Tələbə Gənclər Təşkilatının V konfransı keçirilib. Bu haqda məlumatı Astara rayon Gənclər və İdman idarəsi verib.
Konfransda ölkədə həyata keçirilən gənclər siyasəti, Astara rayonunun mədəni kütləvi, ictimai-siyasi, təhsil, idman, sosial-iqtisadi sahəsində görülən işlər və bu işlərdə tələbələrin fəal iştirakı barəsində geniş məlumatlar verilib.
Konfransda APK TGT-nın ötən dövr ərzində fəaliyyəti barədə hesabatı dinlənilib, İdarəetmə Şurası və Təftiş Komissiyası seçilmişdir.
Konfransdan sonra İdarəetmə Şurasının ilk iclasını keçirilib və təşkilatın sədri Elgün Əzimov (IV kurs, Fiziki tərbiyə müəllimliyi), müavinləri Zəhra Babayeva (III kurs, Texnologiya müəllimliyi) və Vüsal Əskərov (III kurs, Meşə və meşə park təsərüffatının qorunması) seçiliblər.