SON XƏBƏRLƏR

Astara rayonunda selötürücü və suötürücü kanallar lildən təmizlənir. Bu haqda məlumatı Real TV 10 sentyabr tarixində paylaşıb.

Sel sularının vura biləcəyi ziyanın qarşısını qabağcadan alınması üçün suvarma kanalları genişləndirilir.

Astara rayonunda təxminən 4500 hektar suvarılan əkinə yararlı torpaq sahəsi var. Ərazidə Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçay su mənbələrindən əkin sahələrinə suyun ötürülməsi təmin edilir. Astarada yeganə su anbarı olan Lovayının tutumu 6,3 milyon kubmetrdir. Anbarın mənbəyi əsasən yağış sularıdır.

Astarada 250 hektar çəltik sahəsi var və ərazidə suvarma işləri 4 dəfə həyata keçirilir. 998 hektar bostan bitkiləri və 272 hektar çayçılıq təsərrüfatları isə 5-7 dəfə suvarılır.

Suvarma sistemlərinin mühafizəsi, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmiri davam etdirilir.

Bu il Astara Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə ərazilərdə uzunluğu 70.000 paqonometrdən çox kanalların lildən təmizlənmə işləri həyata keçirilib.