Astarada keçirilmiş əməliyyat nəticəsində İran İslam Respublikasından Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanılıb. Bu haqda bu gün, 13 iyul tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə rayonun Diquli kəndi yaxınlığında baş verib. Sərhəd zastavası tərəfindən keçirilmiş əməliyyat nəticəsində dəstənin “Dayan” əmrinə tabe olmayan 3 şübhəli şəxs saxlanılıb. Onların 30 yaşlı Ağstafa sakini Musayev Famil Nəcəf oğlu, 30 yaşlı Bakı sakini Ağalarov Mirəli Ramiq oğlu və 24 yaşlı Füzuli sakini Əliyev Asər Habil oğlu olduqları müəyyənləşdirilib. Aparılan axtarış nəticəsində 2 bel çantasında 6 kq 625 qr narkotik vasitə marixuana və 1340 ədəd psixotrop tərkibli “Metadon-40” həbinə bənzər maddələr aşkarlanıb.
Aparılan əlavə araşdırmalar zamanı, onları qarşılayan və qaçmaqlarına köməklik göstərən 26 yaşlı Tovuz sakini Məmmədov Vüqar Məhəmməd oğlu və onu müşayiət edən 28 yaşlı Qobustan rayon sakini Mansurlı Nicat Dədəxan oğlu Diquli kəndi yaxınlığında saxlanılıblar.