SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

Görüş zamanı icra başçısı Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması, kənd ara yollarının bir neçəsinin asfaltlaşdırılması, Səncərədi və Artupa kənd tam orta məktəbləri, eləcə də Səncərədi kənd körpələr evi-uşaq bağçası üçün yeni binaların tikilərək istifadəyə verilməsi, suvarma kanallarının mütəmadi olaraq lil və palçıqdan təmizlənməsi, nümayəndəliyə daxil olan bütün kəndlərin qazlaşdırılması və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi barədə məlumat verib.

Sakinlər görülən işlərlə yanaşı, məhəllə yollarının və körpünün təmirinə, yeni salınmış yaşayış massivinə qaz xəttinin çəkilməsinə, Siyatük kəndindən gələn kanalın qazılaraq təmizlənməsinə, rayonda aqroservisin yaradılmasına, əkin üçün texnika və toxum sortlarının gətirilməsinə, kənd təsərrüfatı üçün güzəştli kreditlərin verilməsinə, aqrar islahat zamanı kənd sakinlərinə verilmiş pay torpaq sahələrinin yerlərinin müəyyən edilməsində yaranmış problemin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,