Astara rayon Səncərədi kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Tədbirdə əsrin bəlası olan narkomaniyanın ağır fəsadlarınan danışılıb. Gənclərin sağlam böyüməsinin, valideynlərinin etimadının doğrudulmasının, Vətənə layiq övlad kimi yetişməsinin vacibliyi vurğulanıb.
Sonra narkotikin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx izlənilib.
Sonda mövzular ətrafında məktəbli gənclərin və gənc müəllimlərin sualları Astara Rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Cəfərov tərəfindən cavablandırılıb.
Qeyd edək ki, tədbir Astara rayon Polis Şöbəsinin təşəbbüsü, rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, eləcə də “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə baş tutub.