SON XƏBƏRLƏR

İki Astara sakininin qanunsuz tüfəng saxladıqları məlum olub. Bu haqda bu gün, 8 dekabr tarixində Azərtac-da paylaşılıb.

Verilən məlumata əsasən, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında, polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə Suparibağ kənd sakini M.Məmmədov və Kakalos kənd sakini S.Əhmədovdan tüfənglər götürülüb.

M.Məmmədovda “İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron, S.Əhmədovda isə “Markez S81” markalı tüfənglər aşkarlanıb.