Astara rayon sakinləri Bakıda dələduzluq ediblər. Bu haqda məlumatı 15 sentyabr Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti verib.
Belə ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edən Astara rayon sakinləri Şəhriyar və İlkar Zülfüqarzadə qardaşları saxlanılıblar.
Onlar taksiyə müştəri kimi əyləşib və taksi sürücülərinin etibarından sui-istifadə edərək, onların pullarını ələ keçirirdilər. Bu yolla onların 20-dən artıq taksi sürücüsünün pullarını oğurladıqları müəyyən edilib.
Həmçinin, saxlanılan zaman bu şəxslərin üzərindən heroin aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.