SON XƏBƏRLƏR

Astara rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması səbəbindən saxlanılıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Firudin Nəsirov saxlanılıb.

Verilən məlumata əsasən, Firudinin üzərinə və evinə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kq-dan artıq heroin, 162 qr metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Həmçinin qeyd olunur ki, F.Nəsirov narkotik vasitələri sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə edib.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində 3 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Astarada narkorik
Report.az