SON XƏBƏRLƏR

Astara rayon sakinin evindən sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb. Bu haqda bu gün, 14 oktyabr tarixində xəbəri Cenublu.az Azərtac-a istinadən verir.

Astara Rayon Polis şöbəsinə daxil olmuş məlumat əsasında, polis əməkdaşları Şiyəkəran kənd sakini R.Əliyevin evin əməliyyat-axtarış tədbirləri keçirilib. Axtarış zamanı onun evindən sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.