SON XƏBƏRLƏR

Astara rayonu, Kolatan kənd sakininin evində narkotik vasitələr aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Kolatan kənd sakini, əvvəllər məhkum olunmuş V.Məmmədovdan 8 qramdan artıq tiryək, 3 qrama yaxın marixuana, yaşadığı evin həyətinə baxış zamanı isə əlavə 2 kiloqram 180 qram marixuana və 104 qramdan çox tiryək aşkar olunaraq götürülüb.