SON XƏBƏRLƏR

Astara rayon sakininin üzərindən narkotik vasitə aşkarlanıb. Bu haqda məlumat bu gün, 16 oktyabr Report.az-da paylaşılıb.

Belə ki, Astara rayon sakini 29 yaşlı Nəsirov Qismət “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində, Bəhrəmtəpə-Biləsuvar avtomagistralının yaxınlığında saxlanılıb. Onun idarə etdiyi ağ rəngli “Mersedes-Benz” markalı 10-UL-622 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib. Əməliyyat zamanı ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Həmçinin, Astara rayon Məsçidməhəllə kəndinin yaxınlığında, Dövlət Sərhəd Xidmətinin əməkdaşları sahibsiz halda bağlama aşkar ediblər. Bağlamanın içərisindən 550 qr “tiryək” və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.