SON XƏBƏRLƏR

Astara rayon sakini Azər Əlizadə Bakı şəhəri, Səbail rayonu, “20-ci sahə” yaşayış massivində neft quyusundan oğurluğa cəhd edərkən saxlanılıb. Bu haqda məlumatı bu gün, 8 oktyabr tarixində Oxu.az verib.

Belə ki, gecə saat 03:40 radələrində üç nəfər Elçin Əzizov küçəsində yerləşən “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı mədən ərazisinin 2776 nömrəli işlək neft quyusunun elektrik naqillərini oğurlamağa çalışıblar.

Mühafizəçilər onları aşkarladıqda digər iki nəfər qaçmağa nail olub, Astara sakini Azər Əlizadə isə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verilib.

Araşdırma zamanı onların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşadığı məlum olub.

Faktla bağlı araşdırma davam edir.