SON XƏBƏRLƏR

Qanunsuz ovla məşğul olan Astara sakini saxlanılıb. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Astarada qanunsuz balıq ovlama faktı aşkarlanıb. Araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Astara şəhər sakini Bayram Şiriyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.