SON XƏBƏRLƏR

Astara rayon sakini Bakı şəhərində avtomobilin birindən oğurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Belə ki, paytaxtın H.Seyidzadə küçəsində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsini oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olmuş Z.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.