Astarada narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
DSX tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilmişdir. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram “heroin”, 11 kq 620 qram “həşiş”, 4 kq 525 qram “marixuana”, 4 kq 40 qram “tiryək”, 2 kq 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.