SON XƏBƏRLƏR

Astara sakinin üzərində narkotik və ov tüfəngi aşkar edilib. Bu haqda bu gün, 4 fevral tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədovdan 10 qramdan artıq, evinə baxış zamanı isə 5 kiloqram 346 qrama yaxın marixuana və qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.