Lənkəranda qadın övladını dünyaya gətirdikdən sonra vəfat edib. Bu haqda bu gün, 16 avqust tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Astara rayonu, Rüdəkənar kənd sakini, 26 yaşlı Elmirə Əhədli doğuş üçün Lənkəran Regional Perinatal Mərkəzinə müraciət edib. O, müayinə olunduqdan sonra körpəsini dünyaya gətirmək üçün 3-cü dəfə qeysəriyyə əməliyyatı olunub. Körpə dünyaya gəldikdən sonra, xəstənin vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
Məsələ ilə bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.