SON XƏBƏRLƏR

Astara rayon sakini Bakıda mənzillərdən oğurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Belə ki, C.Naxçıvanski küçəsindəki mənzillərin birindən 3200 manat pul və 200 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluq və quldurluğa görə məhkum olmuş İ.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Xətai rayonu X.Məmmədov küçəsindəki daha bir mənzildən 6000 manat dəyərində qızıl-zinət əşyaları, R.Məmmədov küçəsindəki digər mənzildən isə 50 manat, 1000 rubl pul, 450 manat dəyərində mətbəx bıçağı və gümüş əşyalar oğurlaması da müəyyən olunub.