Astara rayon sakini Bakıda oğurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 aprel tarixində verir.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.