SON XƏBƏRLƏR

Astara rayon sakini Qum adasında oğurluq edib. Bu haqda məlumat bu gün, 20 yanvar tarixində Report.az-da paylaşılıb.

16 yanvar tarixində Qum adasında yerləşən enerji əməliyyat şirkətinə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən naqilin oğurlanma faktı qeydə alınıb. Araşdırmalar nəticəsində şirkətə 636 manat dəyərində zərər vurulduğu məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Astara rayon sakini H.Quliyev, Bakı şəhər sakinləri X.Həsənli və əvvəllər məhkum olunan S.Məhərrəmov saxlanılıblar.