SON XƏBƏRLƏR

Astara sakini Bakıda dələduzluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində Lent.az-a istinadən verir.

Belə ki, Ağsu rayon sakini Əbilrəhim Ağayev polisə ərizə ilə müraciət edərək Astara rayon sakini Nazir Verdiyevin 2021-ci ilin sentyabrından bu günədək onu aldadıb 100 min manat dəyərində spirtli içki alaraq pulunu vermədiyini bildirib.

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.