SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid Nurlan Rəhimovun ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində verir.

Belə ki, mərkəzin direktoru Kübra Səmədova və əməkdaşı Aygün Rufullayeva Vətən müharibəsi şəhidi Rəhimov Nurlan Əlövsət oğlunun ailəsinə baş çəkərək, onun şəxsi əşyaları ilə tanış olublar.

Qeyd edək ki, Nurlan Rəhimov 22 noyabr 1981-ci ildə Astara şəhərində anadan olub. Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nurlan Rəhimov sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhid olub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda